Əsas məzmuna keç

Versiya: 2026-10-26

Məxfilik siyasəti

Bu siyasət UNEC Business & Innovation Hub platformasında hansı şəxsi məlumatı topladığımızı, nə üçün istifadə etdiyimizi, kimin gördüyünü, harada saxladığımızı və hansı hüquqlarınız olduğunu izah edir.

1. Məlumatın sahibi və əlaqə

Məlumatlarınıza UNEC cavabdehdir. Suallarınız üçün UNEC Biznes Mərkəzinə yazın.

Fərdi məlumatların mülkiyyətçisi: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC). Ünvan: AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6.

Operator: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), UNEC Biznes Mərkəzi vasitəsilə. Platformanı idarə etməyi, fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini UNEC adından Biznes Mərkəzi həyata keçirir.

Əlaqə: unec.business.center@unec.edu.az. Məlumatlarınızla bağlı sorğu və şikayətləri bu ünvana göndərin.

2. Siyasət nəyə şamil olunur

Platformanın bütün səhifələrinə və bütün istifadəçilərinə.

Siyasət platformanın bütün istifadəçilərinə şamil olunur: tələbələr, mentorlar (UNEC müəllimləri və xarici mentorlar), tərəfdaş şirkətlərin əlaqə şəxsləri, Biznes Mərkəzinin əməkdaşları, rektorluq və hesabı olmayan qonaqlar.

Platforma UNEC-in digər informasiya sistemlərindən məlumat almır. Hesab məlumatını özünüz daxil edirsiniz, əməkdaşların dəvət məlumatını isə Biznes Mərkəzi daxil edir.

3. Hansı məlumatı toplayırıq

Yalnız platformanın işləməsi üçün lazım olan məlumatı toplayırıq.

Hesab məlumatı:

  • Tələbələrin qeydiyyatda özlərinin daxil etdikləri: UNEC e-poçtu (ona göndərilən kodla təsdiqlənir), ad, soyad, ata adı, təhsil pilləsi, fakültə, ixtisas və qəbul ili. Kurs saxlanmır: qəbul ilindən və ixtisasın müddətindən hesablanır. Platforma şifrənizin yalnız hash-ini saxlayırıq, şifrənin özünü saxlamırıq.
  • Sizin daxil etdikləriniz: telefon (könüllü), bacarıqlar və qısa bio (könüllü), bildiriş seçimləri. Şirkət əlaqə şəxsləri və xarici mentorlar adlarını və e-poçtlarını özləri daxil edir.
  • Biznes Mərkəzinin daxil etdikləri: rolunuz (məsələn, mentor) və dəvət məlumatı (dəvət olunan şəxsin adı və e-poçtu).

Platformadakı fəaliyyətiniz:

  • ideyalar və onların məzmunu (problem, həll, bazar), komanda məlumatı, yüklədiyiniz fayllar;
  • mentor rəyləri, ideyanın mərhələ tarixçəsi, müəlliflik sertifikatı;
  • çağırışlara göndərilən həllər, jüri balları, laboratoriya müraciətləri;
  • proqram müraciətləri, co-founder elanları və qoşulma sorğuları, klub üzvlüyü;
  • startap profili və mediası, equity (pay) məlumatı;
  • platforma daxilindəki bildirişlər.

Şirkət qeydiyyatında: şirkətin adı, sahəsi, saytı, təsviri, VÖEN, əlaqə şəxsinin adı, iş e-poçtu və telefonu.

Texniki və təhlükəsizlik məlumatı: sessiya, IP ünvanı, brauzer və cihaz məlumatı (user agent), giriş cəhdləri, birdəfəlik kodların hash-i, platforma şifrəsinin hash-i, iki mərhələli giriş üçün şifrələnmiş açar, yarımçıq qeydiyyatın məlumatı (hesab yaranana qədər), razılıq qeydləriniz (hansı mətnə, nə vaxt və hansı IP ünvanından razılıq verdiyiniz) və audit jurnalı.

Toplamadığımız məlumat: FİN, şəxsiyyət vəsiqəsi, yaşayış ünvanı, qiymətlər, sağlamlıq, din və biometrik məlumat. Xahiş edirik, bu məlumatı ideyalara, fayllara və ya digər sahələrə yazmayın.

4. Məlumatı nə üçün istifadə edirik

Platformanın xidmətlərini göstərmək, təhlükəsizliyi qorumaq və rektorluq üçün statistika hazırlamaq üçün.

MəqsədHansı məlumat
Hesab və girişhesab məlumatı, texniki məlumat
İdeyaların qəbulu və qiymətləndirilməsi, mentorluq, inkubasiya, akselerasiyaideyalar, rəylər, fayllar, startap məlumatı
Şirkətlərlə əməkdaşlıq: çağırışlar, R&D sifarişləri, laboratoriyalarhəllər, müraciətlər, şirkət məlumatı
Proqramlar, co-founder axtarışı, tələbə klublarımüraciətlər, elanlar, üzvlük
Bildirişlər (platformada və e-poçtla)e-poçt, bildiriş seçimləri
Müəlliflik sübutumüəlliflik sertifikatı
Rektorluq üçün statistika və hesabatlarəsasən ümumiləşdirilmiş (aqreqat) məlumat
Təhlükəsizlik, sui-istifadənin qarşısının alınması, auditIP ünvanı, brauzer məlumatı, audit jurnalı

Hüquqi əsas: sizin razılığınız ("Fərdi məlumatlar haqqında" Qanun, maddə 8 və 9.6.1). Hesab yaradılarkən verdiyiniz razılıq bu bölmədəki məqsədləri əhatə edir. Co-founder kontaktı, klub rəhbərinin ictimai görünməsi və startap vitrini üçün ayrıca razılıq alınır.

Məlumatınızı reklam və ya profilləşdirmə üçün istifadə etmirik və heç kimə satmırıq. İdeyalar və müraciətlər barədə qərarları insanlar verir, avtomatik sistem vermir.

5. Məlumatınızı kim görür

Hər kəs yalnız işi üçün lazım olanı görür. Giriş hüquqları hər sorğuda serverdə yoxlanır.

  • Siz: öz hesabınızı və öz fəaliyyətinizi.
  • Biznes Mərkəzinin əməkdaşları: işləri üçün lazım olan məlumatı (ideyalar, müraciətlər, şirkətlər, istifadəçilər). Bəzi həssas əməliyyatlar yalnız xüsusi səlahiyyəti olan əməkdaşa açıqdır.
  • Mentor: ona təyin olunan ideyanı. Mentor tələbənin e-poçtunu və telefonunu görmür.
  • Rektorluq: əsasən ümumiləşdirilmiş statistika. Rektorluq ideyanın tam məzmununu aça bilər, hər belə baxış audit jurnalına yazılır. Rektorluq şirkətin əlaqə şəxsini və VÖEN-i, klub müraciətlərinin mətnini görmür, equity üzrə yalnız cəm göstəriciləri görür.
  • Tərəfdaş şirkət: öz çağırışlarına göndərilən həlləri (müəllif, komanda, həllin məzmunu) və öz R&D və laboratoriya müraciətlərini.
  • Jüri üzvü: qiymətləndirdiyi həlləri.
  • Klub rəhbəri: kluba müraciət edənin adını, kursunu, fakültəsini və motivasiya mətnini. E-poçtu və telefonu görmür.
  • Co-founder elanlarını tələbələr və Biznes Mərkəzi görür. Qoşulma sorğunuz qəbul olunarsa, e-poçtunuz və telefonunuz (daxil etmisinizsə) elan müəllifinə açılır. Sorğu göndərəndə buna ayrıca razılıq verirsiniz.

Hamıya, o cümlədən qonaqlara açıq olan məlumat:

  • təsdiqlənmiş tərəfdaş şirkətin profili: adı, sahəsi, saytı, təsviri;
  • startap vitrini, yalnız müəllif razılıq veribsə. Vitrində müəllifin və komandanın adları, mentor, PDF fayllar və rədd səbəbi göstərilmir;
  • müəlliflik sertifikatı: sertifikat kodunu bilən hər kəs müəllifin adını və fakültəsini, ideyanın başlığını və tarixini görə bilər;
  • klub rəhbərinin adı və fakültəsi, yalnız rəhbər özü razılıq veribsə. Bu razılığı istənilən vaxt geri götürmək olar.

6. Xidmət təminatçıları

Platforma bir neçə xidmət təminatçısının infrastrukturunda işləyir. Onlar məlumatı yalnız bizim tapşırığımızla emal edir.

TəminatçıNə edirHarada
Supabase Inc.verilənlər bazası və faylların saxlanmasıAlmaniya, Frankfurt
Google Cloudtətbiqin işləməsi, log-lar, şifrələnmiş ehtiyat nüsxə, sirlərin saxlanmasıAlmaniya, Frankfurt
UNEC-in Microsoft 365 poçt sistemi (noreply@hub.unec.edu.az)qeydiyyat və giriş kodları, dəvət keçidləri, bildirişlərUNEC-in Microsoft 365 xidmətinin məlumat regionu

Bu təminatçılar məlumatı yalnız platformanın işləməsi üçün, bizim tapşırığımızla emal edir. Kodlar və bildirişlər UNEC-in öz Microsoft 365 poçt sistemi ilə (noreply@hub.unec.edu.az) göndərilir: bunun üçün ayrıca xarici e-poçt xidmətindən istifadə etmirik.

7. Məlumatın xaricə ötürülməsi

Məlumatınız Almaniyada saxlanır. Buna açıq razılığı məxfilik siyasəti ilə bağlı qeydin tərkibində verirsiniz.

Platformanın serverləri Avropa İttifaqında, Almaniyanın Frankfurt şəhərindədir. Ona görə bu siyasətin 3-cü bölməsindəki məlumat Azərbaycandan Almaniyaya ötürülür və orada saxlanır. Ehtiyat nüsxələr də Almaniyada, şifrələnmiş şəkildə saxlanır.

Bu ötürmə "Fərdi məlumatlar haqqında" Qanunun 14-cü maddəsinə əsasən sizin açıq razılığınızla aparılır.

Bu razılığı hesab yaradılarkən məxfilik siyasəti ilə bağlı qeydin (checkbox) tərkibində verirsiniz: qeyddə məlumatın Almaniyada saxlanması açıq yazılıb. Razılıq olmadan hesab yaranmır.

Razılığı istənilən vaxt geri götürə bilərsiniz (bölmə 10). Platforma yalnız Almaniyadakı serverlərdə işlədiyinə görə, razılıq geri götürüləndə platformadan istifadə dayanır.

8. Məlumatı nə qədər saxlayırıq

Məlumatı yalnız lazım olduğu müddətdə saxlayırıq. Aşağıdakı müddətlər təklifdir.

Məqsədə nail olunduqda və saxlama müddəti bitdikdə məlumat silinir və ya adsızlaşdırılır.

MəlumatMüddət
Hesab məlumatıhesab aktiv olduqca. Hesab silinəndə məlumat silinir və ya anonimləşdirilir
Razılıq qeydlərihesab bağlanandan sonra 3 il (razılığın sübutu kimi)
Rədd olunmuş ideyarəddən 2 il sonra silinir
Digər ideyalar və startaplarfəaliyyət müddəti və ondan sonra 5 il
Müəlliflik sertifikatımüddətsiz (müəlliflik sübutu). Etiraz etsəniz, adınız gizlədilir
Equity məlumatımüqavilə müddəti və ondan sonra 5 il
Çağırış həlləri və jüri ballarıçağırış bağlanandan 2 il sonra silinir
R&D sifarişlərisifariş bağlanandan 5 il sonra silinir
Laboratoriya müraciətləri2 il
Proqram müraciətləriproqram bitəndən 2 il sonra silinir
Co-founder elanları və qoşulma sorğularıelan bağlanandan 1 il sonra silinir
Klub üzvlüyüüzvlük bitəndən 1 il sonra silinir
Şirkət məlumatıtərəfdaşlıq müddəti və ondan sonra 3 il
Dəvətlərqəbul olunandan və ya müddəti bitəndən 90 gün sonra silinir
Qeydiyyat sorğusu (e-poçt ünvanı və vaxt)24 saat
Qeydiyyat və şifrə bərpası kodları10 dəqiqə; istifadədən sonra silinir
Yarımçıq qeydiyyat (ad, təhsil məlumatı, şifrənin hash-i)hər addımdan sonra 30 dəqiqə; hesab yarananda, qeydiyyat ləğv olunanda və ya vaxtı bitəndə silinir
Platformadakı bildirişlər12 ay
E-poçt göndərişinin jurnalı90 gün
Rektorluq paneli üçün fəaliyyət lenti2 il, sonra anonimləşdirilir
Audit jurnalı (IP ünvanı və brauzer məlumatı daxil)3 il
Tətbiq log-ları30 gün
Ehtiyat nüsxələrgündəlik nüsxələr 30 gün, aylıq nüsxələr 12 ay

Bu müddətlərin avtomatik tətbiqi platformanın növbəti mərhələsində qurulur.

9. Məlumatı necə qoruyuruq

Texniki və təşkilati tədbirlərlə.

  • Bütün bağlantılar şifrələnir (TLS).
  • Hər sorğuda serverdə rolunuz və sahiblik hüququnuz yoxlanır. Verilənlər bazasında ikinci qoruma qatı var.
  • Dəvətlə gələn Biznes Mərkəzi əməkdaşları, rektorluq və UNEC mentorları üçün iki mərhələli giriş məcburidir.
  • Həssas əməliyyatlar audit jurnalına yazılır.
  • Ehtiyat nüsxələr şifrələnir və ayrıca yerdə saxlanır.
  • Log-larda şifrə, birdəfəlik kod və token saxlanmır, e-poçt ünvanları maskalanır.
  • Platforma şifrənizin yalnız hash-ini saxlayırıq, şifrənin özü heç yerdə saxlanmır.
  • Fayllar qapalı yaddaşda saxlanır və yalnız qısamüddətli linklə açılır. Platformanın ilk versiyasında fayllar antivirus yoxlamasından keçmir (istifadə şərtləri, bölmə 8).

Heç bir sistem tam təhlükəsiz deyil. Məlumatınızın sızdığından şübhələnsəniz, dərhal bizə yazın (bölmə 1).

10. Hüquqlarınız

Məlumatınızla tanış ola, onu düzəldə, silinməsini istəyə və razılığınızı geri götürə bilərsiniz.

  • Tanış olmaq: məlumatınızın böyük hissəsi profilinizdə görünür. Tam nüsxəni istəyə bilərsiniz.
  • Düzəliş: məlumatı profilinizdə dəyişin. Təhsil məlumatınızı (pillə, fakültə, ixtisas, qəbul ili) özünüz düzəldə bilərsiniz, dəyişiklik jurnala yazılır. Ad və ya e-poçt səhvdirsə, bizə yazın (bölmə 1).
  • Silmə: hesabınızın silinməsini istəyə bilərsiniz. Saxlanması tələb olunan qeydlərdə (məsələn, müəlliflik sertifikatı və equity) adınız anonimləşdirilir.
  • Razılığı geri götürmək: profilinizin "Məxfilik və razılıqlar" bölməsində. Məxfilik siyasətinə (məlumatın Almaniyaya ötürülməsi daxil) və ya istifadə şərtlərinə razılığı geri götürsəniz, platformaya giriş dərhal dayanır və Biznes Mərkəzinə hesabınızın silinməsi üçün sorğu göndərilir. Yenidən razılıq versəniz, hesab silinənədək giriş bərpa olunur.
  • Şikayət: bizə yazın (bölmə 1). Hüquqlarınız pozulubsa, müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət edə bilərsiniz ("Fərdi məlumatlar haqqında" Qanun, maddə 7.4).

Məlumatı ixrac etmək və hesabı silmək üçün platformada alət növbəti mərhələdə əlavə olunur. Ona qədər sorğunuzu bölmə 1-dəki ünvana göndərin. Sorğulara daxil olduğu gündən ən geci 7 iş günü ərzində cavab veririk. Üçüncü şəxsə müraciət lazım olarsa, bu müddət daha 7 iş günü uzadıla bilər.

Bu hüquqlar "Fərdi məlumatlar haqqında" Qanunun 7-ci ("Subyektin hüquqları") və 12-ci ("Subyektin sorğusu") maddələri ilə müəyyən olunub.

11. Cookie və brauzer yaddaşı

Yalnız platformanın işləməsi üçün zəruri cookie-lərdən istifadə edirik. Analitika və reklam cookie-si yoxdur.

CookieNə üçünMüddət
unec.session_token (təhlükəsiz bağlantıda __Host-unec.session_token)giriş sessiyasıən çox 7 gün. Biznes Mərkəzi əməkdaşları, rektorluq və UNEC mentorları üçün 12 saat, 30 dəqiqə fəaliyyətsizlikdən sonra bitir
unec.challenge (təhlükəsiz bağlantıda __Host-unec.challenge)girişin və qeydiyyatın ara addımları: iki mərhələli giriş, dəvətin qəbulu, qeydiyyat addımları5 dəqiqə; qeydiyyatda hər addımdan sonra 30 dəqiqə
NEXT_LOCALEseçdiyiniz dilbrauzer bağlanana qədər
sidebar_statepaneldə yan menyunun açıq və ya bağlı olması7 gün

Brauzer yaddaşı (localStorage və sessionStorage): ideya formasının yarımçıq qaralaması səhifəni yeniləyəndə itməsin deyə brauzerinizdə saxlanır. Formanı göndərənə qədər bu qaralama serverə ötürülmür.

Bu cookie-lər platformanın işləməsi üçün zəruri olduğuna görə onlar üçün ayrıca razılıq soruşmuruq. Brauzerdə cookie-ləri bağlasanız, platformaya daxil ola bilməzsiniz.

Startap səhifəsində YouTube videosu varsa, video yalnız siz onu açanda yüklənir. Bundan sonra YouTube (Google) öz qaydalarına əsasən məlumat toplaya bilər.

12. 18 yaşdan kiçik istifadəçilər

UNEC-in bəzi birinci kurs tələbələri 18 yaşdan kiçik ola bilər. Platformanın ilk versiyasında onlar üçün ayrıca qayda yoxdur: onlar da digər tələbələr kimi razılığı özləri verirlər.

13. Siyasətdəki dəyişikliklər

Hər dəyişiklikdə siyasətin versiyası yenilənir. Cari versiya səhifənin yuxarısında göstərilir.

Dəyişiklik əsaslıdırsa (məsələn, yeni məqsəd, yeni xidmət təminatçısı və ya məlumatın yeni yerdə ictimai görünməsi), növbəti girişdə sizdən yenidən razılıq istəyirik. Razılıq verməsəniz, platformadan istifadə edə bilməzsiniz.

Kiçik düzəlişlər (məsələn, ifadə düzəlişi) üçün yenidən razılıq istəmirik.

14. Qanunvericilik

Bu siyasət Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli 998-IIIQ nömrəli "Fərdi məlumatlar haqqında" Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 161 nömrəli "'Fərdi məlumatların mühafizəsinə dair Tələblər'in təsdiq edilməsi haqqında" Qərarı nəzərə alınmaqla hazırlanıb.